23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Roman Qriqorçuk: “Belə oyunla biz çempionluğa iddia edə bilmərik”

“Bu gün müdafiədə çox kobud səhvlər etdik. Yəqin ki, müdafiəçilərdən soruşsam, onlar da nə baş verdiyini izah edə bilməyəcəklər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Premyer Liqanın XIII turunda “Sumqayıt”la 2:2-lik bərabərə qaldıqları oyunu belə şərh edib: “Daha əvvəl, məsələn “Kəpəz”lə oyunda sonda buraxılan səhvi anlaya bilərəm. Çünki oyunun son dəqiqələri idi. Heç-heçə etdik, ya uduzduq - həmin oyunda bizim üçün bunun fərqi yox idi. Ona görə də elə səhvləri anlamaq olar. Amma bu gün... komandamın oyununa görə utanıram.  Oyunun ilk 15 dəqiqəsində olan səhvləri qarşısına böyük hədəflər qoyan komanda etməməlidir. Düşünürəm ki, belə səhvlər 10 oyundanbir ola bilər ki, bu da oldu. İlk qolda çox kobud səhvimiz vardı. Mən hələ qola qədər əvəzetmədən istifadə edəcəkdim. Sadəcə, çatdırmadım. Bəlkə də əvəzetməni tez etsəydik, qol da buraxmazdıq. Əvvəlki oyunlarda komandam yaxaladığı qol epizodlarından yararlana bilmirdi. Bu gün isə əksinə oldu. Demək olar ki, 2 epizod oldu və hər ikisində qol vuruldu”.

Qriqorçuk qeyd edib ki, komandası belə oyunla çempion ola bilməz: “Bu gün xeyli sayda zədəli oyunçularımız var. 3 hücumçumuz meydana çıxmamışdı. Amma bütün bunlar bəhanə deyil. Son oyunlarda xallar itiririk. Bunları bərpa etmək üçün şansımız olacaq. Lakin belə oyunla biz çempionluğa iddia edə bilmərik. “Qarabağ” son oyunlarda inamlı çıxış edir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30