29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”dən rəsmi açıqlama: “Tale Heydərov adları çəkilən şəxslərlə görüşməyib”

“Qəbələ” klubu rəsmi feysbuk səhifəsi ilə açıqlama yayıb. Futbolxeber.az həmin açıqlamanı təqdim edir:

- 20 noyabr 2015 tarixdə Türkiyənin “Hürriyet” qəzetində “Beşiktaş taraftarları transfer oldu” başlıqlı məqalə dərc olunub. Yazıda özünü “Beşiktaş” azarkeşi kimi təqdim edən Sedat Özdemir bir neçə digər azarkeşlə klubumuzun prezidenti Tale Heydərovla görüşdüklərini və müəyyən şərtlər müqabilində komandamızı oyunlarda dəstəkləyəcəklərini, klubumuzu dəstəkləyən tərəfdar qrupları ilə öz təcrübələrini bölüşəcəklərini bildirib. Təəssüf və təəccüblə bildiririk ki, dərc olunan yazı həqiqətdən uzaqdır. Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməyib.

Xatırlatmaq istərdik ki, 6 avqust 2015-ci il tarixdə UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qəbələ” - “Apollon” (Kipr) matçından əvvəl klubumuza heç bir bağlılığı olmayan fan-klublardan biri tərəfindən oyuna “Beşiktaş” azarkeşlərinin gələcəyi barədə bizə məlumat verilib. Həqiqətən də bir qrup türkiyəli azarkeş yalnız “Apollon”la görüşdə digər fan-klublarla bərabər komandamızı dəstəkləyib və bunun qarşılığında klub tərəfindən sözügedən azarkeşlərə hər hansı maddi vəsait ödənməyib.

Bir daha vurğulamaq istərdik ki, klubumuzun yazıda qeyd olunan şəxslərlə heç bir müstəvidə əməkdaşlığı mövcud deyil və xəbər həqiqəti əks etdirmir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31