20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Vüqar Nadirovun dublu “Qəbələ”yə qələbə qazandırdı

Bu gün əvəzedicilərin çempionatında XIII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, turun ilk oyunu Sumqayıtda keçirilib. Liderlər qrupunda qərarlaşan iki komanda turun mərkəzi oyununda qüvvəsini sınayıb. Mövsümün ilk 12 turundan sonra 1-ci olan “Qəbələ” 3-cü pillədə qərarlaşan “Sumqayıt”ın qonağı olub. Ardıcıl 7 qələbə ilə zirvəyə yüksələn “qırmızı-qaralar” səfər matçına da 3 xal iddiası ilə çıxıb. Meydan sahibləri isə liderliyə yüksəlmək üçün qələbə arzusunda olub. Hər iki komanda qələbə istəyində olduğundan görüş qarşılıqlı hücumlarla başlayıb. Üstünlüyü ələ alan Ramin Quliyevin yetirmələri ilk hissənin ortalarında hesabı açıb. Meydan sahiblərini Ülvi İsgəndərov məyus edib. Fasilədən sonra da üstün oyun nümayiş etdirən “Qəbələ” daha iki qol vurub. Vüqar Nadirovun dublu ilə fərq 3 topa çatıb. Meydan sahibləri görüşə artırılmış dəqiqələrdə fərqlənib. Emil Həsənzadə qarşılaşmada son qolu vurub. Beləliklə, “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib. Bununla da ardıcıl 8-ci qələbəsini qazanan əvəzedicilər liderliyini möhkəmlədib. 13 turdan sonra “Qəbələ”nin hesabında 27 xal var.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30