19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Prosineçki Parisdəki terror hadisələrindən danışdı

Milli komandamızın baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına müsahibə verib. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Parisdə baş verən terrorla bağlı danışan xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb.

Müsahibəni ixtisarla təqdim edirik:

- Paris hadisələri ilə bağlı şəkilləri görəndə nə düşünürsünüz?

- Mən Nyu-Yorkdakı göydələnlər partladılanda da şoka düşmüşdüm. Bu hadisə də mənə pis təsir etdi. Dünyada təhlükəsizliyi təmin etmək çətinləşib. Mənim qızlarım Parisdən şəkilləri görəndə çox məyus oldular. Mən də gələcəyimizdən narahatam.

- Siz müharibəni nəzərdə tutursunuz?

- Heç kim müharibədən sığortalanmayıb. Müharibə çox təhlükəli və dəhşətlidir. Ancaq düşünürəm ki, bu, baş verməyəcək.

- Gələn il Fransada Avropa çempionatı  keçiriləcək. Artıq bir çoxları terror hadisəsinin yenidən təkrarlanacağından narahatdır.

- Bəli, təhlükəsizliyə zəmanət vermək çox çətindir. Əgər final mərhələsində təhlükəsizlik bərpa edilməyəcəksə, futbol barədə düşünməyə dəyməz. Ancaq buna hələ çox var.

- Rəhbərlik etdiyiniz Azərbaycan millisi Moldova ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Siz artıq Rusiyada keçiriləcək dünya çempionatını düşünürsünüz?

- Ağır qrupa düşmüşük. Çexiya son vaxtlar yaxşı oyun nümayiş etdirir. Almaniyanın gücü hər kəsə bəllidir. Digər rəqiblər də güclüdür. Ancaq mənim məqsədim odur ki, heç bir komanda Bakıdan asanlıqla xal aparmasın. Bundan başqa yaxşı oyun nümayiş etdirmək istəyirik. Düzdür, son ev oyunumzda İtaliya millisinə uduzuduq, ancaq  komandamız inamlı təsir bağışladı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30