20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

U-21 də bizimdi, Şeydayev də, Vahabzadə də... YAZI

Coğrafi baxımdan Rusiya və Türkiyə Azərbaycana ən yaxın dövlətlərdəndi. Elə tarix boyu da bu ölkələrlə yaxın olmuşuq. Ruslarla birgə 70 il SSRI-nin tərkibində yaşamışıq. Türklərə isə tarixən qardaş olmuşuq. Əbəs yerə “1 millət, 2 dövlət” deyilməyib. Ölkəmizə əhalinin müəyyən hissəsi ruslara, müəyyən hissəsi də türklərə xüsusi simpatiya ilə yanaşır. Kimisi “brat”sız, kimisi də “abi”siz bir günümüz olmasın” deyir.

Amma nədənsə “abi”lər və “brat”la futbol oyunlarımız çox gərgin keçir. “Ay-ulduzlular”la xüsusən, Bakıdakı qarşılaşmalarda tez-tez mübahisələr düşür, gərgin anlar yaşanır. Çox uzağa getməyək. Elə bir neçə gün əvvəl 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçirilən seçmə mərhələ çərçivəsində baş tutan Azərbaycan - Türkiyə oyununda 1 dəqiqənin içində ara qarışdı. Ruslarla bir neçə il öncə Respublika stadionunda baş tutan görüşdə hətta iki ölkənin azarkeşləri davaya belə çıxmışdılar.  

Bu gün yenə ruslarla qarşılaşacağıq. Amma bu dəfə əsas deyil, nüfuzuna görə ölkənin ikinci yığması hesab olan U-21 meydana çıxacaq. Ruslarla bu dəfəki oyunumuzu maraqlı edən xüsusi bir məqam var. Söhbət Ramil Şeydayevdən gedir. Əslən Kürdəmirdən olan Şeydayev öz vətənini deyil, illərdi yaşadığı, futbolun sirlərinə yiyələndiyi Rusiyanın millisində oynamağı üstün tutub. Buna görə Şeydayevi qınayanların sayı kifayət qədərdi. Hətta ona Aleksandr Səmədov kimi “vətən xaini” damğasını vuranlar da var. Amma məsələyə sırf peşəkarlıq tərəfdən baxanda Şeydayevə haqq qazandırmamaq mümkün deyil. 19 yaşı var. Artıq 1 dəfə Avropa çempionu (17 yaşlılar arasında) olub, 1 dəfə də Avropa ikincisi (19 yaşlılar arasında). Qeyri-adi nəsə baş verməsə, yaxın gələcəkdə Rusiyanın əsas yığmasına da dəvət alacaq, Avropa və Dünya çempionatlarının final mərhələsində iştirak edəcək. Bəs, Rusiyanı yox, Azərbaycanı seçsəydi, bunlardan hansı olacaq? Heç biri! Adam peşəkarlıq baxımından düzgün qərar qəbul edib və buna görə Ramili “xalq düşməni” elan edənləri anlamıram.

Yanvarda Sankt-Peteburqda olarkən Ramil Şeydayevdən müsahibə almışdıq. Dərhal tərbiyəsi, mədəniyyəti, intelektual səviyyəsi, dünya görüşü ilə özü haqda müsbət fikirlər formalaşdırdı. Azərbaycan millisinin seçməməsi haqda o qədər sual verdik ki, bəlkə də başqası olsaydı bezib, sərt cavab verərdi. Amma Ramil sona qədər səbrini qorudu. “Zenit”dəki məşqçilərilə söhbətimiz zamanı da Şeydayev haqda ancaq müsbət fikirlər eşitdik. Bir sözlə, Rusiyanı seçsə də, Ramil azərbaycanlıdı, bizimdi. Onu fitə basmaq yox, alqışlamaq lazımdı. Necə ki, türklər Məsut Özillə qürur duyurlar.

Şeydayevlə yanaşı bu oyun U-21 üçün də vacibdi. Tsiklin son 5 oyununda məğlub olan komandamızın bu gün dəstəyə ehtiyacı var. Ruslarla oyunlarımız yuxarıda qeyd etdiyim kimi, hər zaman prinsipial xarakter daşıyıb. Belə bir gündə gənclərin dəstəyə ehtiyacı var. Udsalar da, uduzsalar da, bu komanda bizimdi. Orada oynayanlar Azərbaycan futbolunun gələcəyidirlər.

Komandanın baş məşqçisi Yaşar Vahabzadə son zamanlar xeyli tənqid olunur. 1996-cı il, iyulun 17-də Bakıda Sofiya “Lokomotiv”inin qapısına vurduğu qolla tanıdığım Vahabzadə, daim çalışqanlığı ilə seçilib. Bernhard Lippert U-21-i çalışdırdığı zaman daim “komandaya niyə yerli məşqçi rəhbərlik etmir” fikrini tez-tez eşidirdik. Bu gün gənclər yığmasına da, digər aşağı yaş qrupları üzrə millilərə də yerli mütəxəssislər rəhbərlik edir. Amma onlar nədənsə, əcnəbilərdən daha çox tənqid olunurlar. Tənqid lazımdı. Amma qarışqadan fil düzəltməyə ehtiyac yoxdu. Axı, Yaşar Vahabzadə də, Nazim Süleymanov da azərbaycanlıdır, bizimkidir. Azərbaycan futbolunun inkişafını istəyiriksə, bacardığımız qədər məşqçilərə də, futbolçulara da, komandalarımıza da dəstək verək. Hər şey Azərbaycan naminə...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30