25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qəbələdə 4 qol vuruldu

“Qəbələ” bu gün yoxlama oyunu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini Qəbələ şəhər stadionunda davam etdirən “qırmızı-qaralar” U-19-u sınağa çəkib. Bəzi oyunçular yığmaların düşərgəsində olduğundan və bir neçə futbolçunun zədə üzündən məşqlərə qatılmamağı səbəbindən baş məşqçi Roman Qriqorçuk əvəzedici komandanın üzvlərinə də bu matçda şans verib. Ukraynalı mütəxəssis U-19-la qarşılaşmada aşağıdakı start heyətini meydana buraxıb: Andrey Popoviç, Vitali Vernidub, Rafael Santos, Qismət Alıyev, Rikardinyo, Aleksey Qay, Derlis Meza Kolli, Georgi Floresku, Aleksey Antonov, Samir Zərgərov, Vaqif Cavadov.

Hər hissədə 2 qol vuran əsas komanda U-19-u 4:0 hesabı ilə məğlub edib. “Qəbələ” 35-ci dəqiqədə hesabı açıb. Floresku Hüseynqulu Quliyevin yetirmələrinin qapısına yol tapıb. 5 dəqiqə sonra Aleksey Antonov fərqi artırıb. Oyunun gedişində bir sıra əvəzetmələrdən istifadə edən Qriqorçuk David Pietrzkieviç, Asif Məmmədov, Ramil Həsənov, Ehtiram Şahverdiyev, Murad Musayev, Vüqar Nadirov, Şamil Camaləddinov, Vadim Abdullayevə də şans verib. “Qırmızı-qaralar” U-19-un qapısına 3-cü qolu 65-ci dəqiqədə vurub. Floresku oyunda dublunu rəsmiləşdirib. 83-cü dəqiqədə isə Asif matçda son nöqtəni qoyub - 4:0.

Topaz Premyer Liqasının XIII turuna hazırlaşan komanda sabah növbəti məşqinə çıxacaq. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşq keçərək, “Sumqayıt”la noyabrın 21-də baş tutacaq matçın hazırlıqlarını davam etdirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30