29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” Samir Əliyevlə vidalaşdı, komanda Əsgər Abdullayevə tapşırıldı

“Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda komandanın son oyunları əsas müzakirə mövzusu olub. Bununla yanaşı iclasda baş məşqçi Samir Əliyevin Müşahidə Şurasına müraciətinə baxılıb. Samir Əliyev müraciətində diqqətini daha çox "Pro" kateqoriyalı məşqçilik kurslarına yönəltmək və bununla əlaqədar hazırki vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib. Müşahidə Şurasının iclasında Samir Əliyevin müraciəti qəbul edilib və komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub. Komandaya yeni baş məşqçi axtarışı klubun İcraçı direktoru Elnur Məmmədova və idman direktoru Vəli Qasımova tapşırılıb.

Qeyd edək ki, Samir Əliyev  04.11. 2015-ci il tarixdə Ukrayna Futbol Federasiyasında dinləmələrdən uğurla keçərək "Pro" kateqoriyalı məşqçilik kurslarına qəbul edilib. "Pro" kursları ilə əlaqədar Samir Əlievin Ukraynaya ilk səfəri 16 noyabr tarixində baş tutacaq. Məlumat üçün bildiririk ki, UEFA-nın lisenziyalaşdırma qaydalarına əsasən klublarda əsas komandanın baş məşqçisinin “Pro” kateqoriyasına malik olması mütləqdir.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31