25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Dario Frederiko: “Dönüşüm bundan da yaxşı olacaq”

“Kəpəz”in zədəli futbolçusu Dario Frederiko bu gün gecə saatlarında ölkəmizi tərk edərək Braziliyaya yola düşüb. Futbolxeber.az-ın məlumatına görə, vətənində əməliyyat olunacaq yarımmüdafiəçi səfərə çıxmazdan öncə kapazpfc.az saytına açıqlama verib: “Zədələndiyim üçün təəssüflənirəm, amma neyləmək olar? Bu futboldur, zədələr qaçılmazdır. Daha çox komandama kömək edə bilməyəcəyim üçün məyusam. Texnikam və sürətimlə “Kəpəz”ə kömək etməyə çalışırdım. Rəqib futbolçulardan sıyrılan zaman heç nədən çəkinmirəm, düzdü, bəzən məni kobudluqla dayandırırdılar. Əslində, bu da futbolda normaldır. Yıxmaq da olar, yıxılmaq da”.

DarioMaqnit Rezonans Tomoqrafiyasından keçdikdən sonra meniskindəki zədənin ciddi olduğu üzə çıxıb. Belədə Frederikonun Brazliyada yerli klinikalardan birində əməliyyat olunması daha münasib sayılıb: “MRT müayinəsi heç də xoş olmayan nəticəni üzə çıxardı. Bu vəziyyətdə pis oldum. Ağrılar var, rahat yeriyə bilmirəm. Braziliyada əməliyyat olunacağam, bərpa prosesini də vətənimdə keçirəcəyəm”.

Frederiko “Kəpəz” azarkeşlərinin sevimli futbolçularındandır. “Sarı-göylər”in aparıcı üzvü yola düşərkən fanatlara mesaj göndərməyi də unutmayıb: “Mənə görə narahat olan, dəstək verən bütün azarkeşlərə minnətdaram. Həkimlərin sayəsində tezliklə sağalacağıma ümid edirəm. Ailəmin, dostlarımın və Tanrının köməyi ilə bu vəziyyətdən çıxacağam. Azarkeşlər hər şeyin yaxşı olması üçün dua etsinlər, narahat olmasınlar. “Kəpəz”i dəstəkləsinlər, dönüşüm bundan da yaxşı olacaq. Komandamızın uğuru üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mənə çətin günlərdə azarkeşlərlə birgə dayaq duran klub rəhbərliyinə, eləcə də baş məşqçimiz Şahin Diniyevə də sağ ol deyirəm. Zədələndiyim andan mənim yanımda oldular, ehtiyaclarımı qarşıladılar, nə lazımdısa, etdilər”.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30