28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Xəyal Zeynalov: “Gənc Qapıçılar Klubunun dəstəyə ehtiyacı var"

Gəncə futbol məktəbinin layiqli nümayəndələrindən olan Xəyal Zeynalov, məşqçilik karyerasını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, hazırda “Kəpəz”in 10 yaşa qədər futbolçulardan ibarət komandasının baş məşqçisi olan eks-qapıçı, həm də Gəncədə fəaliyyət göstərən “Gənc Qapıçılar” klubunun təsisçisi və məşqçisidir. Son zamanlar intensiv işi ilə seçilən “Gənc Qapıçılar” klubunda vəziyyət əvvəlki kimi ideal deyl. Zeynalov bununla bağlı deyib: “Bilirsiz ki, “Gənc Qapıçılar” Klubu nəinki Gəncədə, Azərbaycandə bir ilkdir. Sırf qapıçı ilə işləyən ikinci belə bir klub yoxdur. Bizim əsas məqsədimiz Gəncədə və ona yaxın bölgələrdə güclü qapıçıların yetişdirilməsinə təkan verməkdir. Bu məqsədlə həmkarım Tariyel Hüseynovla belə bir layihəni həyata keçirmişik. Nəticədə həfətinin 3 və ya 4 günü gənc qapıçıları ətrafımıza toplayaraq onlara ustad dərsləri keçməyə başladıq. Sağ olsun “Kəpəz” rəhbərliyi eləcə də AFFA, ilkin mərhələdə bizə bu işdə müəyyən yardımını əsirgəmədi. İşlərimizin uğurla davam etdirirdik. Bu gün Gəncəbasar zonanı təmsil edən aşağı yaş qrupları üzrə komanadaların demək olar ki, hamsının qapıçısı bizim klubun yetirmələridir, və yaxudda bizim klubda bu işin sirlərinə yiyələniblər. Lakin artıq bir neçə aydır ki, vəziyyət bir qədər qəlizləşib. AFFA-nın dəsətəyi ilə klubumuzu futbol ləvazimatıarı ilə təmin edirdik. Qurumun baş katibi Elxan Məmmədov ilk olaraq bizə dəstək oldu. Nəticədə kifayət qədər ciddi uğurlar əldə etdik. Lakin maliyyə böhranı səbəbindən AFFA, 8 aylıq əməkdaşlığımıza son qoydu. İndi yenə çətin vəziyyətə düşmüşük. Bizim əsas məqsədimiz Azərbaycanda, xüsusən də Gəncədə futbolun inkişafına təkan verməkdir. Ümid edirəm ki, lazımı inaslardan gələcəkdə klubu inkişaf etdirmək üçün istənilən dəstəyi ala biləcəyik. Fəaliyyətimizi dayandırmaq niyyətində deylik. Nəqədər çətin olsa da, işimizi davam etdirəcəyik. Gənc Qapıçılar klubuna hazırda heç bir dəstək yoxdur. Başdı başına qalıb. Azərbaycan futbolunun inkişafı üçün belə layihələri itirmək olmaz.” Qeyd edək ki, karyerasının böyük əksəriyyətini “Kəpəz”də keçirən Xəyal Zeynalov 2 dəfə Azərbaycan çempionluğunu qazanıb, 1 dəfə isə ölkə kubokunun sahibi olub.

Mənbə: sportnews.az

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31