29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"İnter" "Terek"lə qarşılaşacaq

“İnter” UEFA Avropa Liqasının seçmə turnirinə hazırlıq çərçivəsində iki təlim-məşq toplanışı keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, iyun ayının 2-dən 11-dək Türkiyədə keçiriləcək toplanışda komanda qardaş ölkənin aşağı liqasında mübarizə aparan klublarla iki yoldaşlıq matçı keçirməyi planlaşdırır. İyun ayının 14-də start götürəcək Avstriya toplanışındasa “İnter” 5 yoxlama oyunu keçirəcək. Belə ki, iyun ayının 18-də və 19-da Kaxaber Tsxadadzenin yetirmələri Avstriyanın yerli komandalarıyla qarşılaşacaq. Komandaların adları hələlik məlum deyil. Ayın 22-də komanda Rusiya Premyer Liqasının təmsilçisi “Terek”lə (Qroznı) üz-üzə gələcək. İki gün sonra “İnter” Çex Respublikasının təmsilçisi olan “Slaviya” komandasıyla gücünü sınayacaq. İyun ayının 27-dəsə Azərbaycan Çempionatının bürünc mükafatçısını Rumıniyanın “Buxarest” komandasıyla görüş gözləyəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının təsnifat mərhələsində birinci mərhələnin oyunları iyulun 3-də başlayacaq.


inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31