28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı”nın məşqçisi: “Kimsə fikirləşməsin ki, I divizionda hansısa oyun asan keçir”

“Turan-Tovuz”la oyunda ilk dəfə əsas meydançamızda oynayırdıq. Ona görə də meydana qələbə üçün çıxmışdıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Bakı”nın məşqçisi Qəhraman Əliyev deyib.

Təcrübəli mütəxəssis Tovuz klubunu 2:1 hesabı ilə məğlub etdikləri görüş barədə bunları söyləyib: “Matça zəif başladıq. Üstəlik, küləyə qarşı oynamaq da çətin idi. Amma fasilədən sonra komanda toparlandı. Çətin də olsa, 2 qol vurub, əzmkar qələbə qazandıq”.

Q.Əliyev növbəti turda səfərdə “Mil-Muğan”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Çempionatdakı hər oyunumuz çətin keçir. Kimsə fikirləşməsin ki, I divizionda hansısa oyun asan keçir. “Mil-Muğan”la matç da istisna olmayacağıq. Həmin görüşə də ciddi hazırlaşacağıq. Məqsədimiz qələbə qazanmaqdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31