25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Azərbaycanlı hakim avrokubokların qrup mərhələsinə təyinat aldı!

Azərbaycan futbolunda daha bir ilk baş verib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu dəfə ilkə hansısa klubumuz deyil, hakimimiz imza atıb.

Söhbət Əliyar Ağayevdən gedir. 28 yaşlı FİFA referisi Azərbaycan hakimliyi tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oyun idarə edəcək.

Məlumatı açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da təsdiqləyib. O bildirib ki, Ağayevin Çempionlar Liqası və ya Avropa Liqasına təyinat alacağı, hansı oyun idarə edəcəyi hələlik bəlli deyil: “Bəli, doğru məlumatdı. Bu, bizim üçün şad xəbər oldu. Açığı, biz bunu gözləyirdik. Bilirdik ki, gec-tez belə şey olacaq. Çünki UEFA-nın Hakimlər Komitəsinin baş komissarı Pyerluici Kollina Ukraynada Əliyarı nümunə kimi göstərmişdi. UEFA-nın perspektivli saydığı, UEFA-nın bayrağı altında keçirilən oyunlarda yüksək qiymətlər alan gənc hakimlərə qrup görüşlərinə təyinat verilir. Əliyarın Çempionlar Liqasında, yoxsa Avropa Liqasında oyun idarə edəcəyi hələ dəqiqləşməyib. Amma dekabrın 8-10-da beynəlxalq görüşə təyinat alacağı 100 faizdi. Çempionlar Liqasında qrup mərhələsinin son görüşləri gələn ayın 8-9-da, Avropa Liqasının oyunları isə dekabrın 10-da keçiriləcək”.

Məmmədov əlavə edib ki, Ağayevin konkret hansı görüşə təyinat alacağı matçdan 3-4 gün əvvəl bilinəcək: “Adətən UEFA hakimlərin hansı oyunlara təyinat aldığını 3-4 gün öncə açıqlayır. Viza ilə bağlı heç bir problem yoxdu. UEFA hakimlərin viza və bilet məsələsini özü həll edir. Əliyar da daxil olmaqla, 6 hakimimiz həmin oyunda ədaləti qoruyacaq”.

HK sədri Ağayevin avrokubokların qrup mərhələsinə təyinat almasını tarixi uğur adlandırıb: “Bu, bizim son illərdə apardığımız məqsədyönlü işlərin bəhrəsidi. Biz məhz buna çalışırdıq. Çox deyirdilər ki, Azərbaycanın heç bir hakimi son illər mötəbər oyunlara təyinat almır. Onlar üçün ən yaxşı cavab bu oldu. Ümid edirik ki, Əliyar həmin görüşü uğurlu keçirəcək və birinci kateqoriyaya keçmək şansı qazanacaq. Onu da deyim ki, UEFA ikinci kateqoriyadan olan hakimlərdən yalnız ən perspektivlilərə qrupda oyun idarə etmək şansı yaradır. Mən bunu müstəqil Azərbaycan hakimliyinin tarixində ən böyük uğur adlandırardım”.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30