23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Nazim Süleymanov: “Futbolçunun fikri meydanda olmalıdı, başqa yerdə yox”

“Çox pis oynadıq. Hesab da bunu deyir. İlk yarıda hesab açılmasa da, rəqibin 2-3 qol şansı var idi. Komandamın oyun nizam-intizamı məni narahat edir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri U-19 millimizin baş məşqçisi Nazim Süleymanov Avropa çempionatının seçmə mərhələsində Ukraynaya 0:4 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, komandası bu oyunlar mərhələ adlaya bilməz: “Belə oyunla qrupdan çıxmaq çətindi. Amma bu, 3 oyunluq turnirdi. Qarşıda hələ 2 oyunumuz var. Tələsmək lazm deyil. Bu gün buraxdığımız qolları görünüz. İkinci hissədə oyun nizam-intizamını əldən verdik. Arxaya çox oynayırlar. Futbolu geriyə yox, irəliyə oynamaq lazımdı. Meydana 2 dayaq yarmmüdafiəçisi buraxmışıq, onlar da gəlir müdafiəçilərin yanına. Biz tapşırığı veririksə, futbolçu bunu yerinə yetirməlidir. Futbolçunun fikri meydanda olmalıdı, başqa yerdə yox. Futbol ağıl oyunudu. Kim ağıllıdırsa, o da yaxşı oynayır”.

Süleymanov hücumçu problemi yaşadıqlarını bildirib: “Hücumçularımızdan İlkin Sadıqov zədəlidi. Qara Qarayev də həmçinin. Futbolçu peşəkar olmalıdı. Seçmə mərhələyə 1 il ərzində hazırlaşmaq lazımdı. Bəzi oyunçular daxildən buna hazır deyillər. Qara Qarayev “Malaqa”da oynayır. Amma həftədə cəmi 2 dəfə məşq edir. Bura gəlib, deyir ki ayağım ağrıyır, çıxır məşqə zədələnir”.

Nazim Süleymanov yenilgiyə görə azarkeşlərdən üzr istəyib: “Öz adımdan, komandamın adından futbolsevərlərdən üzr istəyirəm. Uduzmaq olar. Sadəcə, mübarizə aparmaq azımdı. Futbol sərt oyundu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30