25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Mənə elə gəldi ki, bəzi futbolçular son 10-12 gündə heç məşq etməyiblər"

Doha şəhərində Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts affa.az saytına fikirlərini bildirib: “Belə bir sınaq oyununun keçirilməsinə müvəffəq olduğumuz üçün çox şadam. Bu oyun futbolçularımı iş başında görmək üçün son dərəcə vacib idi. Onu da qeyd edim ki, komanda üzvlərinin heç də hamısı bu sınaqdan çıxa bilmədilər. Ümumiyyətlə, mənə elə gəldi ki, bəzi futbolçular millinin toplanışına qədər olan son 10-12 gündə heç məşq etməyiblər. Görünür, mən futbolu bəzi futbolçulardan daha çox sevirəm.

İkinci hissədə daha yaxşı oynamağımızın səbəbi təkcə əvəzetmələr deyil, həm də bəzi futbolçuların oyuna münasibəti idi. Sadə oynayanda oyunumuz daha yaxşı alınır. Fasilədən sonra rəqibi üstələməyimiz həm də onu göstərdi ki, bəzi futbolçularımız fiziki cəhətdən yüksək səviyyədədir.

Unutmayaq ki, bu oyun Qətər yığması üçün də xeyli əhəmiyyət kəsb edirdi. Qarşıda onları İran millisi ilə vacib oyun gözləyir. Əgər Qətər yığması son iki oyunda qalib gəlsə, dünya çempionatına vəsiqə qazanacaq. Onlar reytinqdə də bizdən irəlidədir. Ümumi təhlil etsək, ikinci hissədən razıyam. Bir daha qeyd edim ki, Lüksemburq yığması ilə oyun ərəfəsində bu, yaxşı test oldu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30