29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"də tarix yazan prezident yubileyini qeyd edir

Bu gün “Neftçi”nin sabiq prezidenti, Azərbaycan idmanın inkişafında böyük xidmətləri olan Sadıq Sadıqov üçün əlamətdar gündür. Futbolxeber.az-ın məlumatına görə, Sadıqovun bu gün 50 yaşı tamam olur.

Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının  rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Cüdo Federasiyasının vitse-prezidentidir. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltuf olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009-2015 ci illərdə "Neftçi Peşəkar Futbol Klubu"nun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.

Futbolxeber.az saytı Sadıq Sadıqovu əlamətdar gün münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31