25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

İqbekoi: "Məsələ uzandığına görə artıq Dənizlidən Bakıya geri dönmüşəm"

"Dənizlispor"a keçidimlə bağlı hələlik heç bir yenilik yoxdur. Hələ ki razılığa gələ bilməmişik". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri AZAL-ın futbolçusu Viktor İqbekoi deyib.

İqbekoi bildirib ki, hazırda bu işlə meneceri məşğuldur: "Hər şey menecerimin əlindədir. Klub rəhbərliyi ilə məhz o danışıqlar aparır. Qarşıdakı 3 gün ərzində transferimin baş tutub-tutmaması dəqiqləşməlidir. Məsələ uzandığına görə artıq Dənizlidən Bakıya geri dönmüşəm. Hələ ki gözləmə mövqeyi tutmuşam".

Digər klublardan təklif alıb-almaması ilə bağlı sualı isə İqbkoi belə cavablandırdı: "İlk növbədə "Dənizlispor"un təklifini dəyərləndirməyə çalışıram. Ümumiyyətlə, Türkiyədə oynamaq istəyirəm. Əgər, burada heç nə alınmasa, o zaman yenidən Azərbaycanda çıxış etmək haqda düşünəyəcəm. Həftənin sonuna kimi məsələ həll olumalıdır". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30