25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ” “Antalya Cup”da 2-ci oldu

Türkiyədə keçirilən “Antalya Cup” turnirinə yekun vurulub. “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası turniri 2-ci pillədə başa vurub. Futbolxeber.az-ın məlumatına görə, dörd komandanın dairəvi sistemlə iki dövrədə mübarizə apardığı turnirdə “qırmızı-qaralar” 6 oyun keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda I dövrədə “Lokomotiv”ə (Moskva, Rusiya) 0:2 hesabı ilə uduzub, “Antalyaspor”a (Türkiyə) 3:1 hesabı ilə qalib gəldikdən sonra “Dunarea” (Rumıniya) ilə heç-heçə edib - 1:1. Rusiya təmsilçisi ilə ikinci qarşılaşmada da eyni hesabla (0:2) uduzan futbolçularımız, meydan sahiblərini yenə 3 qolla məğlub edib - 3:2. “Antalya Cup” turnirinin son turu öncəsi “Lokomotiv” 1-ci yeri təmin etdiyindən, Türkiyə klubu isə sonuncu olduğundan “Qəbələ” ilə “Dunarea” arasında qarşılaşma 2-ci yerin taleyinə aydınlıq gətirib. 1:0 hesabı ilə qalib gələn komandamız turnirdə 3-cü qələbəsini qazanıb. Bununla da xal hesabını 10-a çatdıran “Qəbələ” “Antalya Cup”da 2-ci yeri tutub.

Xatırladaq ki, Xaqani Məmmədovun yetirmələri U-15 Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gələrək liderlər qrupunda qərarlaşıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30