18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçuk: “Nəticədən razı deyiləm”

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) - “Qəbələ” oyunundan (4:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“Borussiya” UEFA Avropa Liqasının finalında oynayacaq. Qarşılaşdığımız bu güclü komanda UEFA Çempionlar Liqasında oynamağa layiqdir. “Borussiya” bizimlə matçda da çox güclü olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə ki, nəticədən razı deyiləm. Amma bu oyunda hər cəhətdən yaxşı dərs götürdük. Hələ öyrənməli olduğumuz çox şey var. Matçdan əvvəl də komandamızı nə gözlədiyini yaxşı bilirdik. Lakin nə isə edəcəyimizə ümid edirdik. Ancaq rəqib bizdən çox güclü idi. “Qəbələ”ni sevirəm və bu klubun rəhbərliyinə, futbolçularına böyük hörmətlə yanaşıram. Hələ “Qəbələ”də görəcəyimiz işlər var, komanda daha güclü olmalıdır. Hazırda fikrimdə komandanı daha da inkişaf etdirməkdir. “Borussiya”ya uduzsaq da, şansımızı tamamilə itirməmişik. Düzdür, bu, artıq təkcə bizdən asılı deyil. Rəqiblərimizin də xal itirməsi lazımdır. Biz isə son iki görüşdə qələbə qazanmaqla şansımızı bərpa etməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30