29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İlkay Gündoğan: “Narahat olmayın, “Qəbələ” üçün əlimizdən gələni edəcəyik”

“Borussiya”nın yarımmüdafiəçisi İlkay Gündoğan Futbolxeber.az-ın Dortmunda ezam olunmuş əməkdaşına müsahibə verib.

- Bakıda olduğu kimi, bu gün də “Qəbələ” üzərində qələbə qazandınız. Qalibiyyəti necə şərh edərdin?

- Qələbəyə layiq olduğumuzu düşünürəm. Düzdür, birinci hissə asan keçmədi. Hesabı açana qədər çətinlik çəkirdik. Lakin hissənin sonuna yaxın 2 qol vurduq.

- Demək olar ki, “Borussiya” matçın taleyini elə birinci hissədə həll etdi?

- Həqiqətən də ilk yarıda vurduğumuz iki qolla matçın müqəddəratını həll etdik. Fasilədən sonra da daha 2 qol vurduq və beləcə qələbə qazandıq.

- Bu gün oyuna ehtiyat oyunçular skamyasından başlamağının səbəbi nə idi: baş məşqçi səni Bundesliqada “Şalke”yə qarşı keçirəcəyiniz oyun üçün qoruyurdu?

- Belə deməzdim. Düzdür, həftəsonu bizi Bundesliqada “Şalke” ilə çətin oyun gözləyir. Lakin sırf buna görə ehtiyatda qaldığımı düşünmürəm. Biz bu günə qədər yalnız “Qəbələ” ilə oyunu düşünürdük. “Şalke” ilə görüş barədə sabahdün fikirləşəcəyik. Digər tərəfdən də son həftələr ardıcıl oyunlar keçiririk. Buna görə bir qədər yorğunluq da vardı. Amma komanda yoldaşlarım da əllərindən gələni etdilər. Mənim yoxluğum heç hiss olunmadı.

- Qarşıda “Borussiya”nı səfərdə “Krasnodar”la oyun gözləyir. Artıq siz pley-offa vəsiqəni təmin etmisiz. Həmin oyuna da qələbə üçün yollanacaqsız, yoxsa komanda gücünü qoruyacaq?

- Yox, biz səfərə də 3 xal üçün yolllanacağıq. Əlimizdən gələni edəcəyik ki, Krasnodardan qələbə ilə qayıdaq. 1/16 finala vəsiqə qazansaq da, qrup birinciliyini təmin etməmişik.

- Az da olsa, “Qəbələ”nin də qrup ikincisi olmaq şansı var. Amma bunun üçün “Borussiya” səfərdə mütləq “Krasnodar”a qalib gəlməlidi...

- (gülür). Narahat olmayın, “Qəbələ” üçün əlimizən gələni edəcəyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31