19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Aleksey Qay: “Deyiləsi heç nə yoxdur”

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay “Borussiya”ya ilə oyundan sonra Futbolxeber.az-ın Dortmunda ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Borussiya”ya 0:4 hesabı ilə məğlub olduğunuz görüş barədə nə deyə bilərsən?

- Nə deyim? Oyun barədə deyiləsi heç nə yoxdur. Məğlubiyyətdən sonra söz tapmaq çətindi.

- Yenilgini nə ilə əlaqələndirmək olar?

- Oyuna ciddi hazırlaşmışdıq. “Borussiya”ya qarşı müqavimət göstərmək istəyirdik. Matçın əvvəlində buna nail olduq. Lakin sonradan rəqib hesabı açmaqla daha üstün oynamağa başladı və istədiyi nəticəni qazandı.

- Bu gün “Krasnodar” da PAOK-a qalib gəldi. Söyləmək olar ki, “Qəbələ”nin artıq qrupdan çıxmaq şansı tükənib?

- Qarşıdakı 2 oyunda da məqsədimiz eynidir. Həm PAOK, həm də “Krasnodar”la görüşlərdə uğur qazanmağa çalışacağıq.

- Bu, realdı?

- Məqsədimiz əvvəlki kimidir. Istəyimizin baş tutub-tutmayacağını isə zaman göstərəcək.

- Sabah (bu gün-red.) ad gününüzdür. Belə gündə Aleksey Qay özünə qələbə hədiyyə edə bilmədiyi üçün çox məyusdu?

- Təbii ki, belə bir gündə qələbə qazanmağı hər kəs istər. Lakin buna nail olmadıq. Əsas odur ki, komandada hər kəs sağlamdır, ciddi problem yoxdur.

- Əvvəlcədən sizi ad gününüz münasibəti ilə təbrik edirik.

- Təşəkkür edirəm, minnətdaram.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30