28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mxitaryan: “Qəbələ”yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi”

“Borussiya”nın hücumçusu Henrik Mxitaryan “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az-ın Dortmunda ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Qəbələ” üzərində 4:0 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Qola qədər bir qədər çətinlik çəkdik. Amma hesabı açdıqdan sonra daha rahat oynamağa başladıq. Ardınca ikinci qolu da vurduq. Fasilədən sonra da üstün oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm.

- “Qəbələ” haqda fikirlərin necədir?

- “Qəbələ” pis komanda deyil. Yaxşı mübarizə apardılar. “Qəbələ”nin baş məşqçisini də yaxşı tanıyıram. Eləcə də futbolçuları. Aleksey Qayla bir komandada oynamışam. “Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram

- Bakıda keçirilən ilk oyunda iştirak etməməyin nə ilə əlaqədardı?

- Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buan görə də yekun qərar oldu ki, Bakıya getməyim.

- Sənə qədər bir çox erməni idmançı Bakıya gəlsə də, heç bir problemlə üzləşməyiblər...

- Amma digərləri futbolla bağlı gəlməyiblər. Güləş və şahmat futboldan fərqlidi.

- Bakıda nəsə olacağından ehtiyatlanırdın?

- Bu, insanların məni necə qəbul etməsindən asılıdır. Ona görə də dəqiq heç nə deyə bilmərəm.  

- Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu, rəqibin Azərbaycan klubu olmasından irəli gəlirdi?

- Yox, bu hal Bundesliqada da olur. Ermənilər həmişə “Borussiya”nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünki oyun üçün də gələnlər var idi.

- Azərbaycan klubuna qol vurmaq Henrik Mxitaryan üçün vacib idi?

- Oyundan əvvəl də demişdim ki, bu, mənim üçün xüsusi oyun deyildi. “Qəbələ”yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Təbii ki, qol vurmaq hər zaman xoşdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31