25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Oyunun ədalətli nəticəsi heç-heçə idi”

“Çox istəyirdik ki, qalib gələk. Rəqibin gücünü bilirdik. Qrupda məğlub olmayıblar. Matçın 10 dəqiqəsini əldən verdik.  Futbolçulardan razı qaldım. Onlara heç bir irad bildirmədim. Belə rəqiblə oyunda bir xal qazanmaq asan deyil”. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Monako” ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

- Rəqib “Monako” olduğunu görə, belə hesabla təskinlik tapmaq olar?

- Hər qazanılan xala şükür etmişəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Ancaq meydana qalib gəlmək üçün çıxmışdıq. 

- Ötən il də “Qarabağ”ın qrup mərhələsində 4 oyundan sonra 4 xalı var idi. İndiki vəziyyətdə komandanızın qrupdan çıxmaq şansı nə dərəcədədir?

- Qrupa düşəndə məncə, hamı razılaşmışdı ki, 1-2 xal yığsaq, yaxşı nəticədir. Ancaq bu gün qrupdan çıxmaq şansımız var. Gördüyünüz kimi, 4 xal yığmışıq. Bura qədər olan oyunarımızı normal sayıram. Qarşımızdakı rəqibləri düzgün qiymətləndirməliyik. Bundan sonra daha güclü rəqiblər qarşılaşacağıq.

- Buraxılan qol epizodunda İbrahim Şehiçin səhvi olduğunu demək olar? Sanki topu əli ilə çıxara bilərdi...

- Onun oyunundan çox razı qaldım. Oyundan əvvəl necə danışmışdıqsa, elə də hərəkət etdi. Bəlkə də topu əli ilə çıxara bilərdi. Epizoda baxacağıq. Həmin vəziyyətdə də komandanı qoldan xilas etsəydi, matçın qəhrəmanı olardı.

- “Qarabağ”ın uzaqdan zərbələri demək olar ki, olmadı. Bunu özünüz futbolçulara tapşırmışdınız?

- Rəqibi də düşünmək lazımdır. Buna imkan vermədilər. Bir neçə epizodlarımız oldu. Avropada rəqibə top vurmağa imkan vermirlər. Əsasən belə epizodlarda diqqətli olurlar.

- İki əvəzləmədən istifadə etdiniz, biri qaldı. Bu, o deməkdir ki, “Qarabağ” ehtiyat oyunçuları kifayət qədər deyil? 

- Daha çox belə oyunda hücuma üstünlük verməliydik. Çox dəyişiklik etmək istədim. Futbolçular bir-birini anlamaya bilərdi. Sona 10 dəqiqə qalmış bir əvəzləmə də etsəydik, yaxşı olardı. Yəni əlavə 1-2 hücumçumuz da olsa, işimiz asan olardı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30