25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tale Heydərov: "Adamsla Makay bir vaxtlar sizin bu gün keçdiyiniz yolu keçiblər"

II Qəbələ kubokunun açılış mərasimi baş tutub. Futbolxeber.az-ın məlumatına görəi, açılış mərasimində çıxış edən "Qəbələ"nin prezidenti Tale Heydərov yarışın iştirakçısı olan komandaları salamlayaraq, uğurlar arzulayıb. "Turnirdə iştirak edən gənc futbolçular, sizləri ürəkdən salamlayıram. Sevindirici haldır ki, Qəbələ kuboku artıq ənənəvi hal alıb və bu il 2-ci turniri keçiririk" - deyə, Heydərov bildirib.

"Qəbələ"nin prezidenti gənc futbolçulara Toni Adams və Roy Makay kimi ulduz olmağı arzulayıb: "Bu gün aramızda Toni Adams və Roy Makay kimi əfsanəvi futbolçular da var. Onları da salamlayıram. Adamsla Makay bir vaxtlar sizin bu gün keçdiyiniz yolu keçiblər və futbolda böyük şöhrət qazanıblar. Ən böyük arzum odur ki, sizlər də nə vaxtsa belə böyük adlara sahib olasınız”.

Tale Heydərov dövlətimizin idmana göstərdiyi yüksək qayğıdan da danışıb: “Dövlətimizin idmana, o cümlədən futbola göstərdiyi diqqət göz qabağındadır. Bunun nəticəsidir ki, ilk Yay Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Ölkəmiz 2020-ci il Avropa çempionatının keçirməyə namizədliyini irəli sürüb. Fürsətdən istifadə edib, sonda bütün qonaqlara dəvətimi qəbul edib, Qəbələyə gəldiklərinə görə minnətdaram və hər birimizə bol uğurlar arzulayıram".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30