19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Dodo zirvəyə yaxınlaşır

Luis Hilario Dodo “Qəbələ”nin Avropa Liqasında yeni bombardiridir. Futbolxeber.az-ın məlumatına görə, 28 yaşlı kapitan cari turnirdə artıq 4-cü qolunu vurub. Avrokuboklarda qol hesabını “Panatinaikos”la pley-off mərhələsinin Afinadakı cavab matçında (2:2) dublla açan braziliyalı daha sonra qrup mərhələsi oyunlarında “Krasnodar”ın və “Borussiya”nın qapılarına yol tapıb.

Luis Azərbaycanda “Borussiya”ya qol vuran ilk futbolçu kimi tarixə düşüb. Bunadək “Qarabağ” avrokuboklarda Dortmund klubuyla görüşsə də, Ağdam komandasından heç kim rəqib qapısına yol tapa bilməmişdi.

Dodonun adı Avropa Liqasının bombardirləri siyahısına da düşüb. Turnirin təsnifat mərhələsində vurulan qolları da nəzərə alsaq, kapitan yalnız 2 futbolçudan geri qalır. Siyahıya isə “Qəbələ”nin qrupdakı rəqibi PAOK-un slovakiyalı yarımmüdafiəçisi Robert Mak başçılıq edir - 7 qol. Hilarionun “Fənərbaxça”dakı həmyerlisi Fernandao 5 qolla 2-dir. Dodo kimi hesabında 4 qol olan futbolçular arasında Markus Henrikson (“AZ Alkmaar”), Pavel Mamayev (“Krasnodar”) və Tobias Mikelsenklə (“Rusenborq”) yanaşı, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda da var.

Qeyd edək ki, “Qəbələ”nin əsas kapitanı Cavid Hüseynov bu mövsüm Avropa Liqasında 3 qol vurub. 

Mehman SÜLEYMANOV, “Qəbələ IK” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30