26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”nin müdafiəçisi: “Borussiya” tək Mxitaryandan ibarət deyil”

“Qəbələ”nin müdafiəçisi Vojislav Stankoviç Futbolxeber.az-ın Almaniyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Sabah “Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində “Borussiya” ilə qarşılaşacaq. Qarşıdakı matçla bağlı nə deyə bilərsən?

- Bizi çox çətin oyun gözləyir. “Borussiya” güclü komandadır. Üstəlik, hazırda çox yaxşı formadadır. Əlimizdən gələni edəcəyik ki, səfərdən uğurlu nəticə ilə qayıda.

- “Borussiya”nın son oyunlarda çox qol vurması “Qəbələ”ni narahat edir?

- Biz bura yaxşı oyun sərgiləmək üçün gəlmişik. Komandada istək var. Bütün komandamız işinə peşəkar cəhətdən yanaşır. “Borussiya”nın çox qol vurmasını özümüz üçün dərd etmirik.

- Əvvəlki matçdan fərqli olaraq, Henrik Mxitaryan bu dəfə meydana çıxacaq...

- “Borussiya” tək Mxitaryandan ibarət deyil. Dortmund klubunun heyətində yaxşı futbolçular var. Bu baxımdan Obemeyanq, Roys və digərlərinin adını çəkmək olar. Onları dayandırmaq üçün maksimum gücümüzü sərf edəcəyik.

- Sabahkı matçda Stankoviç müdafiənin mərkəzində kiminlə oynayacaq: Rafael Santosla, yoxsa Vitali Vernidubla?

- Bilmirəm. Buna baş məşqçi qərar verəcək.

- Yaxşı, onda sualı belə qoyaq: onlardan hansı ilə oynamaq sənin üçün daha rahatdı?

- Fərq etmir. Hər ikisi işinin peşəkarıdı.

- Bakıdakı matçda 3 qol vuran Obemeyanqın qarşısını kəsmək üçün xüsus planınız var?

- Həqiqətən də o çox yaxşı formadadı. Obemeyanq Avropada hazırda ən yaxşılardan biridi. Onu bağlamaq çətın olacaq. Lakin əlimizdən gələni edəcəyik ki, bu dəfə Obemeyanq istədiyi kimi oynamasın.

- Bəs, 60 min azarkeşin qarşısında oynamaq səni narahat edir?

- Bu baxımdan problem olmayacaq. Çünki daha əvvəl “Partizan”da çıxış edəndə stadionda dəfələrlə anşlaq görmüşəm. Bu, “Qəbələ” üçün də stimul ola bilər. Bu qədər azarkeşin qarşısında oynamaq hər bir futbolçu üçün motivasiyadı.

- Dortmunda hansı nəticə “Qəbələ” üçün sərfəlidi?

- Biz hər oyuna yalnız qələbə üçün çıxırıq. Rəqib “Borussiya” olsa belə, məğlubiyyəti əvvəldən qəbul etmirik. Real yanaşsaq, burada qeydə alınacaq heç-heçə də pis nəticə olmayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30