24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rikardinyo: “Borussiya”nın bizə çox qol vuracağı barədə düşünmürük”

“Qəbələ”nin müdafiəçisi Rikardinyonun Futbolxeber.az saytına müsahibəsi

- “Qəbələ”ni səfərdə “Borussiya”ya qarşı çətin oyun gözləyir. Qarşıdakı matçdan nə gözləyirsən?

- Həqiqətən də bizi səfərdə “Borussiya”ya qarşı çətin oyun gözləyir. Dortmund klubunun gücü hər kəsə bəllidir. “Borussiya”nın heyətində yaxşı futbolçular var. Bununla belə,

rəqib hər nə qədər güclü olsa da, səfərə ümidlə yollanırıq.

- Səfərdə hansı nəticəyə ümid edirsən?

- Təbii ki, “Borussiya”nın bizə çox qol vuracağı barədə düşünmürük. Futbolda hər şey mümkündür. Biz “Borussiya”ya qalib də gələ bilərik. Bunun üçün 90 dəqiqə ərzində səhv buraxmamalıyıq. Amma ümumi götürdükdə, Dortmunda qazanılacaq 1 xal da bizi qane edəcək.

- Bakıdakı oyundan fərqli olaraq, Henrik Mxitaryan bu dəfə “Qəbələ”yə qarşı oynayacaq...

- “Borussiya”nın heyətində güclü futbolçular var. Biz onlardan heç birini xüsusi olaraq ayırmırıq. Hər biri yüksəksəviyyəli futbolçudur.

- Bəs, ilk matçda het-trik edən Obemeyanqa qarşı xüsusi planınız var?

- Obemeyanq yaxşı futbolçudur. Bakıdakı oyunda da het-trik etdi. Amma unutmaq olmaz ki, bir futbolçu qol vurursa, deməli başqası buna şərait yaradır. Diqqətli olmaq lazımdır ki, lazımi ötürməni verməsinlər.

- Dmitri Bezotosnının yoxluğu “Qəbələ”nin çıxışına mənfi təsir göstərəcək?

- Dima çox yaxşı qapıçıdır. Dəfələrlə bizi xilas edib. Amma ondan başqa da, komandada 2 güclü qolkiper var. Düşünürəm ki, Bezotosnının yoxluğu unutdurulacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30