29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elmir Vəliyev: “Kəpəz” avrokuboklar uğrunda mübarizə aparır”

"Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın XI turunda “Kəpəz” “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Gözəl oyun keçdi. Hər iki komanda yaxşı oynadı. Məncə, layiqli qələbə qazandıq. Qazanılan qələbə münasibəti ilə bütün komanda üzvlərini təbrik edirəm. Bu qələbədə payı olan hər kəsə minnətdaram.

- Avroliqanın qrup mərhələsində çıxış edən və ölkə çempionatında qızıl medallara əsas namizədlərdən olan “Qəbələ”ni səfərdə məğlub edəcəyinizi gözləyirdinizmi?

- Təbii ki, biz hər oyunda komandaya inanırıq, dəstək oluruq. Bu matçda da həmçinin. “Qəbələ” çox güclü komandadır. Bu gün də (söhbət dünən olub-red.) bizə qarşı yaxşı oynadılar. Qarşıda onları “Borussiya” ilə çətin oyun gözləyir. Dortmunda komandaya uğurlar arzulayır. Ümid edirəm ki, “Qəbələ” Almaniya səfərindən uğurlu nəticə ilə qayıdaraq, hər birimizi sevindirəcək.

- Son turlar inamlı təsir bağışlayan “Kəpəz”in artıq avrokuboklar uğrunda mübarizə aparacağını söyləmək mümkündür?

- Təbii kiNiyə də olmasın? Son turlar komandamız həqiqətən də yaxşı çıxış edir. Son 5 matçdan 4-də qələbə qazanmışıq. Hazırda “Kəpəz” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Uğurlu çıxışımızı davam etdirmək istəyirik. Qismət olsa, növbəti mövsüm avrokuboklarda da çıxış edərik.

- Yəqin ki, “Qəbələ” üzərində qələbəyə görə komandaya mükafat ayrılacaq?

- Əlbəttə. Biz hər zaman qələbəyə görə komandaya mükafat veririk. Bu dəfə də elə olacaq. Mükafat stimuldu. “Kəpəz”in bütün üzvləri, qazanılan uğurda payı olan hər kəs mükafatını alacaq.

- “Xəzər Lənkəran”la oyundan sonra futbolçuların alacağı məbləğ açıqlanmışdı. Bu dəfə də mükafatın məbləğini açıqlaya bilərsiz?

- Mükafat fondu dəyişməyib. Əvvəlki qələbələrə görə 10 min mükafat verilib. Bu dəfə də həmin pulu alacaqlar. Bundan sonra da hər qələbəyə görə mükafat olacaq.




Ad: Buta Gence;   E-mail: [email protected]

11.11.2015 12:11

Ugurlar GƏNCƏMIZƏ 've Kəpəz futbol klubuna....əhsən fəxr edirik...
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31