20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Yuri Syomin: "Məncə, hər şey asan və normal olacaq"

"Qəbələ"də işləmək mənə çətin olmayacaq. Komandanın yaxşı şəraiti, stadionu var. Məncə, hər şey asan və normal olacaq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni çalışdırıcısı Yuri Syomin deyib.

Yeni köməkçilərinin Sənan Qurbanov, Vüqar Məmmədov və Andrey Syomin olacağını bildirən tanınmış mütəxəssis Azərbaycan klubları haqda fikirlərini belə açıqlayıb: "Azərbaycanda çox güclü komandalar var. Bu baxımdan “İnter”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Neftçi”nin adını çəkə bilərəm. Güclü mübarizə gedəcək. Biz də çalaşacağıq ki, bu mübarizədə yaxşı oyun göstərək".

Syomin Andrey Arşavinin "Qəbələ"yə mümkün keçidini belə şərh edib: "Arşavinlə bağlı bir şey bilmirəm. Əlbəttə, bizə güclü futbolçular lazım olacaq. Dəyişikliklər edəcəyik. İndi konkret söz deyə bilmərəm. “Lokomotiv”də işləyəndə gənc futbolçulara üstünlük verirdik. İndi də “Qəbələ” Futbol Akademiyasının futbolçularından yararlanmağa çalışacağıq. Həmişə Azərbaycanda yaxşı hücumçular olub: Banişevski, Nazim Süleymanov. İndi də istedadlı futbolçular var. Çalışacağıq ki, bu futbolçulardan istifadə edək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30