19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ” “Antalya Cup”da iştirak edəcək

“Qəbələ”nin 15 yaşlılardan ibarət komandası oktyabrın 31-dən noyabrın 1-dək Türkiyədə keçiriləcək “Antalya Cup” turnirində iştirak edəcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir neçə yaş qrupu üzrə təşkil olunan beynəlxalq turnirdə “Qəbələ” ilə yanaşı, “Lokomotiv” (Moskva, Rusiya), “Dunarea” (Rumıniya) və “Antalyaspor” (Türkiyə) komandaları da iştirak edəcəklərini təsdiqləyiblər. Sonuncu iştirakçının “Krasnodar” (Rusiya) olacağı gözlənilir.

Komandalar yarış çərçivəsində minimum 5 oyun keçirəcəklər. Turnirə məşhur rusiyalı qapıçı Ruslan Niqmatullin də gələcək və gənc qapıçılar üçün usta dərsləri keçəcək.

“Qəbələ” səfərə bu heyətələ yollanıb: Nail Kərimov (“Qəbələ” Futbol Akademiyasının direktor müavini), Xaqani Məmmədov (komandanın baş məşqçisi), Azər Həşimov (məşqçi), Sahil Kərimov (qapıçı məşqçisi), İlkin İslamov (həkim), Elçin Şabanlı (inzibatçı); futbolçular - Elməddin Sultanov, Pünhan Hacıbalayev, Əlirza Mustafazadə, İdris İnqlablı, Tale Hacızadə, Nicat Verdiyev, İbrahim Camalov, Sərcan Ömərov, Salman Ələsgərov, Anar Əsgərov, Məhəmməd Məhərrəmov, Fərid İsgəndərov, Elşad Tağıyev, Samir Qurbanov, Nicat Oruclu, Xəlil Bəşirov, Nicat Əliyev, Əli Mürsəlov, Tamerlan Rizvanov, Javidan Rəhimli, Cavid Vəlizadə.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30