20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Milli komandamız FİFA reytinqində geriləyəcək

6 gündən sonra FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayacaq. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan yığmasının bu siyahıda 8 pillə geriləyəcəyi gözlənilsə də, daha iki komandanın millimizi arxada qoyacağı dəqiqləşib.

Belə ki, bu gün açıqlanan təxmini siyahıda Robert Prosineçkinin yetirmələri 115-cidi. Ötən ay 328 xalla dünyanın 105-cisi olan komandamız 10 addım geriləyib. Buna AVRO-2016-nın seçmə oyunlarında İtaliya ilə ev (1:3), Bolqarıstanla səfər (0:2) görüşlərində uduzan yığmamızın xal hesabının da 293-ə düşməsi səbəb olub.

Təxmini siyahının 6 gün sonra açıqlanacaq rəsmi cədvəldən nadir hallarda fərqləndiyinizi nəzərə alsaq, Niger, Aruba, Gürcüstan, Kuba, Botsvana, Burundi, Zimbabve, Kipr, Sent-Kitts Nevis kimi ölkələrin ardından Mərkəzi Afrika Respublikası və Mavritaniyadan da geri düşəcəyimiz bəllidi. Amma daha böyük geriləməsi olan bəzi komandalar daha aşağı yuvarlanması millimizin enişinin 10-u keçməməyi ilə nəticələnib.

Millimiz və “qonşuları”

 10 (126). Mərkəzi Afrika Respublikası - 302

111 (110). Gürcüstan - 301

112 (115). Aruba - 299

113 (105). Liviya - 297

114 (108). Efiopiya - 294

115 (105). AZƏRBAYCAN - 293

115 (123). Bəhreyn - 293

117 (118). Beliz - 292

118 (127). Madaqaskar - 290

118 (126). Namibiya - 290

120 (129). KXDR - 288

Qeyd edək ki, qonşu Türkiyə yığması 941 xalla 19 pillə irəliləyərək, 18-ci yerə yüksələcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30