25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

DİN finaldakı qarşıdurma ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi mayın 28-də Tofiq Bəhramov adına stadionda “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması zamanı baş verən hadisələrlə bağlı məlumat yayıb. Lent.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, stadionda ictimai asayişin kobud şəkildə pozulmasına cəhd göstərilib: “Oyun vaxtı və daha sonra stadionda və ətrafında ictimai asayişin kobud formada pozulmasına cəhd edilib. Stadionda asayişi qoruyan qüvvələr tərəfindən bu cəhdin qarşısı alınıb. Bu zaman stadiona yandırıcı-protexnik maddələr atan və ictimai qaydaları kobud şəkildə pozan 2 nəfər saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib olunub. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib”.

Qeyd edək ki, kuboku “Neftçi” komandası qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30