29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yaşar Seyidov: “Növbəti mövsümdə “Bakı”nı Premyer Liqada görəcəklər”

“Bakı” bu mövsüm I divizonda çıxış edir. Komanda aşağı liqada öz yetirmələri ilə çıxış edir. Azərbaycanın ən gənc heyəti “Bakı”dadır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.

“İdman Azərbaycan” kanalında “Bakı” klubuna həsr olunmuş xüsusi verilişdə çıxış edən Yaşar Seyidov qeyd edib ki, komandanın məqsədi növbəti mövsüm Premyer Liqada çıxış etməkdir: “Bakı”nın 30-a yaxın gənc futbolçusu müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış edir. Akademiyamız da fəaliyyətini davam etdirir. Yenə də 50-yə qədər uşaq akademiyada qalır, qidalanır, burada təhsillərini davam etdirirlər. Bir neçə aydan sonra “Bakı”nın işləri tam qaydasında olacaq. Azarkeşlər növbəti mövsümdə “Bakı”nı Premyer Liqada görəcəklər. Məqsədimiz yüksək yerlərdən birini tutub, Premyer Liqaya vəsiqə qazanmaqdır”.

Yaşar Seyidov “Atletiko” və “Lans”la əməkdaşlıqdan da söz açıb: “Hər iki klubla əməkdaşlıq davam edir. Komandamızın üzvləri yenə də “Atletiko” və “Lans”ın düşərgəsinə

yollanacaqlar. Biz həmin gənclərə böyük ümidlər bəsləyirik”.

Seyidov sonda azarkeşlərə də səslənib: “Azarkeşlərimizi daim komandaya dəstək olmağa çağırırıq. Bütün çətinliklər geridə qalır. Azarkeşlər pis gündə də yanımızda olublar. Arzu edirik ki, bundan sonra da komandanı yalnız qoymasınlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31