30 Mart 2024, Şənbə
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə

Ölkə futbolu

PFL rəsmisindən təqvimlə bağlı narazılıq edən Premyer Liqa klublarına cavab

Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov bu gün Klublar Komitəsinin iclasında Premyer Liqa təmsilçilərinin çempionatın təqvimi ilə bağlı narazılıqlarına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı Zamiq Hüseynov deyib: “Topaz Premyer Liqasının turunun eyni gündə keçirilməsinin klublardan daha çox biz əleyhinəyik. Məsələ burasındadır ki, biz həmin oyunlara operator, fotoqraf göndərməklə yanaşı, oyunların onlaynını təşkil edir, protokollarını sayta yerləşdirir, oyunların video icmalını hazırlayır, mübahisəli epizodları ictimaiyyətə təqdim edirik. Nəzərə alaq ki, biz eyni proseduru I Divizion oyunları üçün də həyata keçiririk, bu səbəbdən görüşlərin eyni gündə keçirilməsi bizə çətinlik yaradır...

Turun eyni gündə keçirilməsinə nəzərən deyilən “heç bir ölkədə bu cür etmirlər” cümləsi ilə də razı deyiləm. Çünki belə hallar dünyanın ən güclü çempionatlarında da olur. Çox uzağa getməyib, diqqətlərinizi bir neçə gün öncəyə çəkmək istəyirəm. İtaliya çempionatının hesabat turunun 8 oyunu eyni gündə reallaşdı.

Bildirdiyim kimi, turun eyni gündə keçirilməsini biz də istəmirik. Lakin nəzərə alsaq ki, ilin iyun, iyul, yanvar və dekabrın son ongünlüyündə məlum yay və qış fasilələri ilə bağlı olaraq, oyunlar keçirilmir. Bu, üst-üstə 102 gün edir.

Milli komandaların hazırlıq planına və oyunlarına uyğun olaraq, çempionat 43 gün keçirilmir (söhbət cari mövsümdən gedir ).

Hələ xüsusi günləri nəzərə almasaq, çempionatı keçirmək üçün əlimizdə 222 gün, yəni 31 həftə ərzində Topaz Premyer Liqasının (36 tur) oyunlarını və 6 mərhələdən ibarət olan Azərbaycan Kubokunun görüşlərini (1/16 final mərhələsini nəzərə almırıq) təşkil etməliyik. Nəzərə almaq lazımdır ki, kubok oyunları keçirilən zaman çempionatla kubok görüşləri arasında minimum 3 gün fasilə olmalıdır. Kubok oyunlarından sonra turun eyni gündə keçirilməsi ehtimalı isə futbolçuların bərpa balansını təmin etmək üçündür.

Sual yarana bilər ki, qış fasiləsinin müddətini azaltmaqla əlavə gün qazanmaq mümkün variantdır. Lakin bu zaman çox ciddi infrastruktur problemləri meydana çıxacaq. Biz stadionların durumunu nəzərə alaraq, qışın cəmi 1 ayında matçların baş tutmasını istəyirik. Hələ qış yox, payız olsa da artıq stadion problemi baş qaldırıb.

Bütün bu sadalananları nəzərə alsaq, il ərzində çempionatın bir və ya bir neçə turunun beynəlxalq normalarda qəbul olunduğu kimi eyni gündə keçirilməsi çox adi haldır. Nəzərə alaq ki, futbolçularımızın, eləcə klubların böyük əksəriyyəti üç gündənbir oynamağa hazır olmadıqlarını etiraf edirlər.Misal üçün elə “Xəzər Lənkəran” özü bunu etiraf edib”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31