29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”dən “könüllü” məsələsinə münasibət: “…lazımi addımı atacağıq”

Dünən Premyer Liqanın X turu çərçivəsində keçirilən “Neftçi” - “İnter” oyunundan sonra meydan sahiblərinin oyuna dəvət etdiyi “könüllü”lərdən biri, 15-16 yaşlı gənc Futbolxeber.az saytının əməkdaşı da daxil olmaq 2 jurnalistə qarşı təzyiq göstərib, hörmətsizlik edib. “Neftçi” klubu olaya biganə qalmayıb. Belə ki, “ağ-qaralar”ın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov məsələ ilə bağlə saytımıza açıqlama verib. Rəsulovun fikirlərini olduğu kimi təqdim edirik:

- Biz ev oyunu zamanı ev sahibiyik, siz isə qonaqlar. Biz istəyərik ki, qonaq gəldiyi məkandan razı getsin. Əgər könüllülərin fəaliyyəti ilə bağlı hər hansı qüsur meydana çıxırsa, bunu bizə bildirməyiniz yaxşı olar. Növbəti oyunlarda onların əyinlərində nömrəli formalar olacaq və belə olan halda hansı könüllünün işində qüsur görsəniz, asanlıqla bizə bildirə biləcəksiniz. Biz də öz növbəmizdə lazımi addımı atacağıq”.

REDAKSİYADAN: “Neftçi”nin bu məsələni diqqətdə saxlaması müsbət haldı. Hər halda klubdan bu halın təkrarlanmaması üçün çalışacaqlarını bildirirlər. Lakin “Neftçi” istəsə, elə dünənki oyunda jurnalistlərə qarşı təzyiq göstərən, hörmətsizlik edən “könüllü” ilə bağlı da tədbir görə bilər. Hər halda, həmin şəxsin kimliyini müəyyənləşdirmək çətin deyil. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31