25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Onu transfer etməyə məcbur idik"

"Biz o komandalardanıq ki, özlərini göstərmək üçün təyinatda məşqçilərə vaxt verməyi xoşlayırıq. Ötən mövsüm uğursuzluq oldu və tez-tez məşqçilər dəyişdik. Bu gün isə başqa klublarda kifayət qədər öz sözünü deyən, təcrübəli məşqçini komandaya gətirmişik". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Rusiyalı mütəxəssisin təqdimetmə mərasimində çıxış edən klub rəsmisi Syominlə sözləşmədən də söz açıb: "Syominlə bir illik müqavilə bağlanılıb. Bildiyiniz kimi, köməkçiləri də bəllidir. Vüqar Məmmədov, Dmitri Kramarenko və Sənan Qurbanov Syominə kömək edəcəklər".

Klub rəsmisi komandanın transferləri haqda da danışıb: "Biz Syominin fikrini öyrənməmiş heç bir yerli futbolçunu transfer etməmişik. Levini də onun məsləhətiylə aldıq komandaya. Nizami Hacıyevi də soruşmuşduq özündən. Amma onu almağa da məcbur idik. Çünki oynatmağa yerli futbolçu lazımdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30