29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Əliyev: “Futbolçularda psixoloji problemlər yaranıb”

“5 oyundur ki, qələbə qazana bilmirdik. Futbolçularda psixoloji problemlər yaranıb. Çalışdıq ki, bu gün yaxşı oynayıb, qara zolaqdan çıxaq. Təəssüflər olsun ki, yenə oyunun son dəqiqələrində qol buraxdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

O, “Inter”lə matçda komandasının pis çıxış etmədiyini vurğulayıb: “Ümumi götürsək, komanda pis futbol sərgiləmədi. Amma dediyim kimi, psixoloji problem var. Bu səbəbdən sona qədər qələbə hesabını qoruyub-saxlamağı bacarmadıq. Bizim qışa qədər olan məqsədimiz bu heyətlə çalışıb mümkün qədər çox xal toplamaqdır. Qışda isə çatışmazlıqları aradan qaldırmaq üçün işlər görəcəyik. Bir qədər səbr eləmək lazımdır. Turnir cədvəlindəki yerimiz yaxşı olmasa da, gələcəyə ümidlə baxıram. Ümidim olmasaydı, burada qalmazdım”. 

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31