28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin oyununda “Könüllü”dən jurnalistlərə təzyiq

Stadionlarda polislərin, mühafizəçilərin jurnalistlərə təzyiq göstərməsinə dəfələrlə şahid olmuşuq. Bu sıraya artıq “Könüllülər”i də əlavə etmək olar. Belə ki, bu gün keçirilən “Neftçi” - “Inter” oyunu bitdikdən sonra mühafizəçilər VIP-in çıxışına tərəf getmək istəyən jurnalistlərə mane olublar. “Burdan yox, gedin o tərəfdən dövrə vurub, gəlin” deyən mühafizəçilərdən nəyə görə yolumuzu uzatmalı olduğumuzu soruşduq. “Belə lazımdı”dıdan başqa, tutarlı cavab verə bilmədilər.

Ən qəribəsi isə 15-16 yaşlı “Könüllü”nün özünü yuxarıdan aparması idi. “Burdan keçmək olmaz” deyərək, qışqıran “könüllü” özünü elə aparırdı ki, sanki hansısa təhlükəli terrorçunun qarşısını kəsir. Əvvəldə də qeyd etdiyim kimi, stadionlarda polislərin, jurnalislərin təzyiqi ilə çox üzləşmişik. Dəfələrlə buna göz yummuşuq. Amma 15-16 yaşlı “könüllü”nün jurnalistikada yaşı qədər təcrübəsi olan birisinə təzyiq etməsini qəbul etmirəm və edə də bilmərəm. Biz öz hüquqlarımızı çox yaxşı bilirik. Yaxşı olardı ki, “Neftçi” rəhbərliyi bu məsələlərlə bağlı “könüllülərə” təlim keçsin. Əks halda növbəti dəfə daha böyük problemlər yaşana bilər.

Bir neçə ay əvvəl Futbolxeber.az saytı məhz “Neftçi”nin oyununda  “Könüllülər”lə bağlı saxtakarlığın üstünü açmışdı (http://www.futbolxeber.az/news/country/24235). Görünür, bu, onlara dərs olmayıb və indi də jurnalistlərə təzyiq göstərmək qərarına gəliblər...Allah axırını xeyir eləsin...

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31