29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Anderlext" "Qarabağ"a uduzduguna görə təzminat ödədi

Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Anderlext" azarkeşlərinə təzminat ödəyib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə klubun meneceri German van Holsbek açıqlama verib.

Klub rəsmisi komandanın "Qarabağ"la oyun üçün Bakıya uzun yol qət edən azarkeşlərə jest etdiyini bildirib. Bakıya səfər edən "Anderlext"in 53 fanatına maddi təzminatla yanaşı, futbolçuların imzaları olan formalar verilib. Eyni zamanda onlar Silvio Proto, Yuri Tilemans və Stefano Okakanın müşayəti ilə klubun bazasını ziyarət etmək imkanı qazanıblar.

Qeyd edək ki, həmin azarkeşlərə "Tottenhem"lə səfər matçının biletləri 34 avro (təqribən 39 manat), "Monako" ilə oyunun biletləri 12 avro (təqribən 14 manat), "Qarabağ"la Belçikadakı oyunun biletləri isə cəmi 4 avroya (4,65 manat) satılacaq.

Mənbə: qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31