28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rail Məlikov: “O, hələ Azərbaycan futbolunda heç kimdir”

AZAL-ın kapitanı Rail Məlikovun müsahibəsi

- Son dövrlər "Neftçi"yə qalib gəlmək elə də çətin hesab olunmur. Amma siz bu komanda ilə oyunda cari mövsümdə ikinci qələbənizi qazandınız.

- Elədir, indiki "Neftçi" 2-3 il əvvəlki komanda deyil. "Qarabağ"la "Qəbələ"dən başqa bütün rəqiblərimiz dişimizə görə komandalardır. "Neftçi" üzərindəki qələbəni də tamamilə normal qəbul edirəm. Şəxsən mənim üçün sensasiya olmadı.

- Vaxtilə "Neftçi"də oynamış bir futbolçu kimi bu qələbə sizin üçün nə deməkdir?

- Mən artıq "Qəbələ"nin heyətində bu komandaya qalib gəlmişdim. O vaxt hansısa emosiya var idisə, indi bunu tamamilə sakit qəbul etdim. Həm də bu klubda çox şey dəyişib. Bu, mənim oynadığım "Neftçi" deyil.

- Rəqib komandanın qapıçısı Aqil Məmmədovun oyundan sonrakı açıqlaması barədə nə deyə bilərsiniz?

- Mən bu adamı çox yaxşı tanıyıram və bilirəm ki, nəticəyə görə çox məyus olub. O, bunu komandasını tənqid etmək üçün deyib. Çünki "Neftçi" ilə AZAL-dakı maaşlar müqayisə oluna bilməz. Onların elə bir legioneri bizim bütün futbolçularımızın bir aylıq qazandığını alır.

- Belə çıxır ki, onlar layiq olmadıqları pulu qazanırlar?

- Mən Ruslan Qurbanovun fikirlərinə toxunmaq istərdim. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 2-3 oyundan sonra özünü ulduz hesab etməyə başlayıb. Qoy yadına salsın ki, "Neftçi"də ona kimlər kapitanlıq edib, ona necə dəstəyim keçib. O, hələ Azərbaycan futbolunda heç kimdir. Belə böyük futbolçudursa, bir oyunda komandasına qələbə qazandırsın. Hamı Ruslanın millidə necə oynadığını yaxşı görür.

- AZAL-dakı maaşların məbləği ilk dəfə deyil gündəmə gəlir. Doğrudan da 500 manata oynayırsınız?

- Mən AZAL-a pula görə gəlməmişəm. Vaxtilə kifayət qədər oynamışam, qazanmışam. Yenidən Türkiyəyə qayıda bilərdim, amma ailə vəziyyətimlə əlaqədar vətəndə qalmalı oldum. Mənim üçün 500 manata oynamaq utandırıcı deyil. AZAL-da da maliyyə vəziyyətinin yaxşılaşacağına inanıram. Zamanı gələndə 500 manatdan artığını da alacağıq.

- Qarşıda "Qəbələ" ilə oyun var. Siz bu komandanın dişinizə görə olmadığını dediniz. Elə isə bu oyunda nəyə ümid edəcəksiniz?

- Mənim bu kluba həmişə simpatiyam olub. "Sumqayıt"ın "Qarabağ" üzərindəki qələbə göstərdi ki, hətta ölkənin ən yaxşı komandalarına da qalib gəlmək olar. Bu üzdən biz də qarşıdakı oyunda ən azı heç-heçəyə ümidliyik. Amma qələbə də tam mümkündür. Rəqibə müqavimət göstərməyə çalışacağıq.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31