20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Zets: “Bu görüşdə qələbə qazanmalıyıq”

Bu həftə Topaz Premyer Liqasında IX turun oyunlarına yekun vurulacaq. I dövrənin son turunda “Qəbələ” çempionatın debütantı “Zirə” ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar”ın bosniya və herseqovinalı hücumçusu Ermin Zets oyun ilə bağlı fikirlərini gabalafc.az saytına açıqlayıb: “Çətin və maraqlı oyun olacaq. Çünki “Zirə” debütant olmasına baxmayaraq, cari mövsümdə yaxşı oyun nümayiş etdirir. Düşünürəm ki, futbolçuların ustalıq səviyyəsinə görə rəqibdən üstünük. Həm də dövrənin son qarşılaşmasını öz meydanımızda keçirəcəyik. Bu görüşdə qələbə qazanmalıyıq. Çünki azarkeşlərimiz önündə 3 xal əldə etməliyik. Bizim üçün bu xallar vacib olduğundan qalib gəlməliyik. Bunun üçün bacarığımızı ortaya qoyacağıq. Qalib gəlmək üçün öz oyunumuzu nümayiş etdirməliyik”.

Zets UEFA Avropa Liqasının qrup mərhələsinin iki gün əvvəl keçirilən “Borussiya” (Dortmund, Almaniya) ilə oyununu da (1:3) xatırlayıb: “Görüşün əvvəlində qol vurmaq üçün 2-3 çox yaxşı imkanımız oldu. Adətən belə imkanları qaçıran komanda sonda uduzur. Bizim oyunda da belə oldu. Əminliklə deyə bilərəm ki, ən yaxşı oyunlarımızdan birini keçirdik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30