20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev: “Kəpəz” Azərbaycan futboluna rəngarənglik gətirib”

“Bizim üçün ən çətin oyunlardan birinin olacağını demişdim. Çünki rəqibin itirəcəyi bir şey yoxdur. Bizim üçün 6 xallıq bir oyun idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis ikinci hissədə nəticəyə oynadıqlarını bildirib: “Komandaya aqressiv oynamağı, erkən qol vurmağı tapşırmışdıq. Mənə elə gəlir ki, komandam tez hücumlar qurmağa, rəngarəng futbol oynamağa çalışdı. İlk hissədə qol vurduq, eyni zamanda çox güc itirdik. İkinci hissədə bizim üçün çətin olacağını  bilirdim. Amma vəziyyəti normal saxlaya bildik. Azarkeşlər daha çox qol istəyə bilər. Amma futbol gözəlliklə yanaşı, nəticə də tələb edir. Məncə, biz ilk hissədə gözəllik yaratdıq, ikinci hissədə isə nəticə üçün oynadıq. Komandada çətinliklər var. Lakin buna rəğmən futbolçular hər hansı bir narazılıq etməyiblər. Mövsümün sonuna qədər də mübarizə aparacağıq. Futbolçularla söhbət etmişəm. Bildirmişəm ki, seçim sizindir. İstəyirirsinizsə, aşağı yerlər üçün oynayın, istəyirsinizsə, yuxarı yerlər üçün oynayın. Qələbə üçün 10 min manat mükafat verilir. Bu 10 min manatı biz 53 nəfər arasında bölürük. Fotoqraf da, otbiçən də, xadimə də, futbolçu da mükafat alır. Mənə elə gəlir ki, “Kəpəz” Azərbaycan futboluna rəngarənglik gətirib. Azarkeşlərin stadiona gəlməsi də buna əyani sübutdur. Mən klub rəhbərləri ilə “Zirə” ilə matçdan sonra da görüşüb, problemləri xatırladacağam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30