25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Kəpəz”in məşqçisi: “Əvvəllər düşünürdük ki, kateqoriya lazımsız bir şeydir”

“Kəpəz” PFK üçün vacib məsələlərdən biri də komandalarda çalışan məşqçilərin müvafiq kurslara qatılıb kateqoriya almasıdır. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədov Bakıda AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA-nın A kateqoriyalı məşçi kursunda iştirak edir.

İstedadlı və bacarıqlı məşqçi təkcə işi ilə deyil, həm də kateqoriyası ilə də fərqlənir. Əgər 5-10 il öncəyə kimi lisenziya vacib sayılmırdısa, hazırda peşəkar futbolda kateqoriyasız işləmək mümkünsüzdür. Bu, demək olar ki, əsas şərtlərdən biridir.

Klubun mətbuat xidmətinə açıqlama verən Azər Məmmədov kursların gedişatı haqda danışıb: “Çox əvvəllər düşünürdük ki, kateqoriya lazımsız bir şeydir. Amma indi lisenziya hər bir məşqçi üçün önəmlidir. B kurslarını oxumuşam, istəyim A kateqoriyası almaqdır. Biliyimi artırmaq üçün düşündüm ki, yenə oxumalıyam. Həm də artıq tələb var”.  

Kurslar pulludur və iştirak üçün ödənişin məbləği 2000 manatdır. Azər Məmmədovun təhsil haqqı “Kəpəz” PFK tərəfindən ödənilib: “Özünüz fikirləşin, pul ödəyib oxuyursan. Deməli, kurslarda öyrənmək üçün nəsə var. Məni kursa dəvət edəndə çox sevindim. Çox namizəd olub. Çalışacağam ki, kursu uğurla başa vurum”.

A kateqoriyalı məşçi kursunun 1-ci mərhələsi oktyabrın 19-dan başlayıb. AFFA-nın Futbol akademiyasında keçirilən məşğələlərə Aslan Kərimov və Osman Rəhimov rəhbərlik edir. Kursun bu mərhələsinə oktyabrın 23-də yekun vurulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30