29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” üstümüzə rota yeritdi”

“Xəzər Lənkəran” klubu dünən final oyunundan sonra stadionda baş verən əlbəyaxa dava ilə bağlı rəsmi açıqlama verdi. 
 
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan kubokunun finalında belə biabırçılığın yaşanmasını “Xəzər Lənkəran” olaraq pislədiklərini bildirib: “Amma çəkilən video görüntülərə, şəkillərə diqqətlə baxmaq yetər ki, kütləvi davanın kimin başladığını görəsən. Meydanda bircə dənə də olsun “Xəzər Lənkəran” ın mühafiəzəçisi yoxdur. Amma “Neftçi” tərəfdən bir rota mühafizəçi futbolçularımızın üzərinə düşüb xəsarət yetirdi. Dünən Respublika Günündə “Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarov “Xəzər Lənkəran”ın yeniyetmə futbolçusu, Azərbaycan millisinin şərəfini qoruyan Kamran Abdullazadəni qanına qəltan etdi. 
 
Çox təəssüf ki, bu olay ölkə futboluna rəhbərlik edən insanların gözü qarşısında baş verdi. Bu həmin Güloğlan Cabbarovdur iki ildir adı ölkə futbolunda qalmaqalda hallanır. İndiyə qədər iki digər klubun futbolçusunu döymüşdü, bu da üçüncü hadisədir. Amma bu adamı durduran yoxdur. Mediada yayılan şəkillərdə ağ köynəkli adam Cabbarovdur. Digər tərəfdən rəqibin qapıçısı təxribatı hərəkətlərə yol verib aranı qatdı. Biz dünən sübut etdik ki, finala Anar Salmanovun gücünə yox, “Xəzər Lənkəran” olaraq öz gücümüzə gəlmişik. Avropaya da öz gücümüzıə gedirik. İnsallah, Azərbaycan futbolunu dava-dalaş yox, gözəl oyunla təmsil edəcəyik”.



Ad: ibrahim;   E-mail: [email protected]

29.05.2013 18:49

Hüseyn Cəbrayıloğlunu alqışlayıram bu gözəl sözlərinə görə əlbətdə ki,XəzərLənkəran anar salmanovun hesabına finala çıxmayıb.dunən məndə oyunu izləyirdim çox böyuk bir biabırçılıq idi,“Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarovun bu hərəkəti cəzasız qalmamalıdır ona huquqi bir qiymət verilməlidir və cəzası nədirsə onuda çəkməlidir,ancaq nə bilim o klubun ki dalında rövnaq abdullayev durub ona çətin ki,nəisə etmək mumkun olsun,Allah cəzasını versin Güloğlan Cabbarovun futbolçunun nə gunahı vardı ay Güloğlan Cabbarov bu dunyada cəzasız qalsanda o dunyada cəzasız qalmayasan
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31