20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA “Neftçi” və “Bakılı”nın müraciətini geri çevirdi, Lomayanın cəzası yüngülləşdirildi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda “Bakılı” FK-nın, “İnter” PİK-in və “Neftçi” PFK-nın müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin “Bakılı” FK barədə çıxardığı qərar (“Göyəzən” - “Bakılı” oyunu ilə bağlı texniki məğlubiyyət) qüvvədə saxlanılsın. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.

2. “İnter” PİK-in futbolçusu Zurab Xizanişvili (4 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın. “İnter” PİK-in futbolçusu Giorgi Lomaya barədə İntizam Komitəsinin  qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər  3 oyunluq cəzadan isə  6 aylıq  sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Giorgi Lomaya analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

3. “Neftçi” PFK-nın futbolçusu  Fəhmin Muradbəyli (2 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30