18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Roman Qriqorçuk: "Komandamla fəxr edirəm"

“Rəqibə minnətdarlığımı bildirirəm ki, bizə hörmətlə yanaşdılar, əsas heyətlə oynadılar. “Borussiya”nın  son oyunlarını izləmişdim. Onların qapısı qarşısında bugünkü oyundakı qədər təhlükəli vəziyyət olmamışdı. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasını qrup mərhələsində “Borussiya” (Dortmund) ilə oyundan (1:3) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Son iki oyunda “Qəbələ” qələbə qazanmayıb. Necə düşünürsünüz, qrupdan çıxmaq şansınız var?

- “Krosnador”la oyunda qalib gələ bilərdik. Ancaq “Borussiya” ilə görüş bizim üçün çox çətin oldu. Futbolçularımla fəxr edirəm və düşünürəm ki, komandamız bu oyundan sonra daha yaxşı çıxış edəcək. Düzdür, ilk dəqiqələrdə qol epizodları yaratdıq. Amma onları dəyərləndirsəydik belə, matçın necə davam edəcəyini bilmirik. Rəqib topa daha çox nəzarət edirdi. Mən gördüm ki, “Borussiya”nın səviyyəsi çox yüksək idi. Qarşıda hələ 3 oyun var və bu görüşlərdə 9 xal yığmaq mümkündü. “Borussiya” ilə səfər matçında işimiz daha da çətin olacaq. Onlar bizdən yüksək səviyyəli komandadırlar. Amma yenə deyirəm ki, öz futbolçularıma minnətdaram, onlarla fəxr edirəm. Bunu deməyə əsasım var. “Qəbələ” indki məqamda çox ciddi komandadır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30