18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Monako"nun rəsmi saytı: "Münaqişə "Qarabağ" klubuna baha başa gəlib"

Fransanın "Monako" futbol klubunun rəsmi saytı "Qarabağ"komandası haqqında geniş məqalə dərc edib. Futbolxeber.az-ın azersport.com-a istinadən verdiyi məlumata görə, yazıda qeyd olunub ki, "Monako" tarixində ilk dəfə olaraq "Qarabag" klubu ilə qarşılaşacaq.

Məqalədə yazılır: "Bu klub Qarabağın Ağdam şəhərində yerləşir. 1951-ci ildə yaradılıb, 1992-ci ildən Azərbaycan çempionatının daimi iştirakçısıdır. Komanda ilk çempionluq titulunu 1993-cü ildə qazanıb. Lakin növbəti titulunu 21 il gözləməli olub. Sonra son iki mövsümdə qızıl medal qazandı".

Məqalədə qeyd olunur ki, Qurban Qurbanov komandanın baş məşqçisi olandan sonra azarkeşlər "Qarabağ"ı Qafqazın "Barselona"sı adlandırırlar: "Qarabağ"ı həmçinin "çapanlar" adlandırırlar, çünki klubun gerbində iki Qarabağ atının təsviri var. "Qarabag" yeganə klubdur ki, gerbində Qarabağ atları təsvir olunub. Yeri gəlmişkən, Qarabag atları YUNESKO-nun mədəni irslər siyahısına salınıb. Bəzən klubu "məcburi köçkünlər" komandası da adlandırırlar. Bu onunla bağlıdır ki, onlar öz yurd-yuvalarından məcburi qovulublar. 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalanmasına baxmayaraq, münaqişə bu günə kimi də davam edir və "Qarabag" vətəninə dönə bilmir".

Yazıda vurğulanır ki, 1988-1994-cü ildə Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında baş verən müharibə klubu Bakıya üz tutmağa vadar etdi: "Münaqişə kluba baha başa gəlib. Belə ki, komandanın kapitanı Allahverdi Bağırov müharibədə şəhid olub. Həmin dövrlər ciddi maliyyə böhranı ilə üzləşmişdilər".

 




Ad: Ibrahim;   E-mail: [email protected]

26.10.2015 17:22

Allah butun sehidlere rehmet elesin , Qarabagada oz cempionluq yolunda ugurlar.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30