25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Jardim: “Qarabağ”ı qiymətləndirmirsiz”

“Monako”nun baş məşqçisi Leonardo Jardim “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, o qeyd edib ki, bu matç komandası üçün mühüm əhəmiyyət kəsb edir.

Daha sonra o, mətbuat konfransında bunları deyib:

- “Qarabağ”ı qiymətləndirmək lazımdır. Amma mən bunu görmürəm. Çünki mətbuat konfransında jurnalistlərin azlığı (cəmi dörd nəfər - red.) bunu sübut edir. Biz futbolda köhnəyik. “Qarabağ”ın oyununa bələdəm. Bu komanda 4-5 dəfə Azərbaycanı Avropa kuboklarında təmsil edib. Bu mövsüm onlar İsveçrə “Yanq Boys”una iki, Belçika “Anderlext”inə isə bir dəfə qalib gəlib. Biz sabahkı (bugünkü - red.) matçda mütləq qalib gəlib üç xal qazanmalıyıq. Bu matç bizim üçün vacib, hətta deyərdim ki, həlledicidir.

- Siz doğrudan belə fikirləşirsiniz?

- Bəli, həlledicidir. Əgər qələbə qazansaq, qrupdan çıxmağa yaxınlaşacağıq. Bu sözləri eyni zamanda bizim rəqibimiz barədə də söyləmək olar. Biz ancaq qələbəyə oynayacağıq.

- Fransa liqasında “Lion”la matçdakı heç-heçədən (1:1) sonra komandada ab-hava necədir?

- Komadamız həmin matçda əla oyun sərgilədi. Həmin oyunu “Qarabağ”la görüşdə də davam etdirməliyik. Bu halda qələbə qazanmaq şansımız da çox olacaq. Komadamız hələ də oz meydanımızda “Lion”a qalib gələ bilmədiyimizə inanmır. Amma əsas odur ki, “Qarabağ”la oyuna yaxşı köklənək. Azarkeşlərimizin də dəstəyi vacibdir.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30