19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Borussiya”nın baş məşqçisi: “Qəbələ”ni məğlub etmək çətin olacaq”

“Qəbələ”nin heyətində hansısa oyunçunu fərqləndirmək istəməzdim. Biz rəqibi komanda şəklində analiz etmişik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel deyib.

Sabah Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qəbələ”nin qonağı Dortmund klubunun baş məşqçisi hazırda matçın oynanılacağı “Bakcell Arena”da mətbuat konfransı keçirir.

“Borussiya”nın çalışdırıcısı “Qəbələ”nin “Krasnodar”la oyununa baxdığını qeyd edib: “Qəbələ”nin “Krasnodar”la oyununa baxmışam. Komanda həmin görüşdə yaxşı təsir bağışladı. “Qəbələ” həmin matçda ən azı heç-heçəyə layiq idi. Hətta qələbə də qazana bilərdi. Odur ki, sabah bizi çətin oyun gözləyir”.

Tomas Tuhel hər oyundan öncə həyəcan keçirdiyini bildirib: “Rəqibə hörmətlə yanaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, həmişə həyəcan keçirirəm. Sabahkı matçda əlimizdən gələni edəcəyik. Biz özümüzə inanırıq. Komandanın qarşısında “Qəbələ” ilə oyun üçün konkret hədəf qoyulub - uğur qazanmalıyıq”.

42 yaşlı mütəxəssis “Qəbələ”ni məğlub etməyin çətin olduğunu bildirib: “Qəbələ”ni məğlub etmək çətin olacaq. Təbii ki, qələbə qazanmaq istəyirik. Lakin bu elə də asan deyil. Məqsədimizə çatmaq üçün ən yaxşı oyunumuzu göstərməliyik”.

“Borussiya”nın baş məşqçisi Henrik Mxitaryanın yoxluğu ilə bağlı sualı belə cavablandırıb: “Təəssüf ki, Mxitaryan siyasi səbəblərdən Bakıya gələ bilmədi. Amma onun əvəzinə sabah meydana çıxacaq futbolçularımız var. Məsələn, Hofmann onun yoxluğunu unutdurmağa çalışacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30