20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mxitaryan Bakıya gəlmədi

"Borussiya"nın erməni futbolçusu Henrik Mxitaryan Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə keçiriləcək oyun üçün Bakıya gəlməyəcək. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu artıq Bakıya yola düşən Dortmund təmsilçisinin təyyarəsində yer almayıb.

Daha öncə verdiyi açıqlamasında Mxitaryanın təhlükəsizlik səbəbi ilə Azərbaycana aparılmayacağını deyən "Borussiya" klubunun icraçı direktoru Xans-Yoahim Vatske hücumçunun paytaxtımıza gəlməməsinin ən düzgün qərar olduğunu bildirib. Mxitaryanla yanaşı, zədədən əziyyət çəkən serbiyalı müdafiəçi Neven Subotiç də Bakıdakı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Borussiya" oyunu saat 20:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30