19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Nazir: “Borussiya” Mxitaryanı Bakıya gətirmirsə, o, bizə aid məsələ deyil”

Gənclər və idman naziri Azad Rəhimov Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Almaniyanın "Borussiya" (Dortmund) komandasının ermənistanlı futbolçu Henrik Mxitaryanı Bakıya gətirmək istəməməsinə münasibət bildirib. "Report"un məlumatına görə, nazir "Borussiya" rəsmilərinin siyasi amilləri səbəb göstərməsi ilə razılaşmayıb.

O bildirib ki, Azərbaycan belə məsələlərdə təhlükəsizliyi tam təmin edən dövlətdir: "Bakıda ilk dəfə güləş üzrə dünya çempionatı keçiriləndə Ermənistanın böyük nümayəndə heyəti gəlmişdi. Həmin vaxt Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası ilə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən birgə memorandum imzalanmışdı. Dövlətimiz isə təhlükəsizlik zəmanəti vermişdi. Yadınızdadırsa, bir neçə il öncə İrəvanda keçirilmiş cüdo üzrə Avropa çempionatı ilə əlaqədar Ermənistan paytaxtında səfərdə olmuşdum. Yəni, idman sahəsində ikitərəfli təhlükəsizlik məsələləri həll olunub. Hansı komanda hansı idmançını nə səbəbə görə gətirmirsə, o, bizə aid məsələ deyil. Azərbaycan təhlükəsizlik məsələlərini tam təmin etdiyini və bu məsələlərdə ən sakit dövlət olduğunu dəfələrlə göstərib".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Borussiya oyununda Almaniya təmsilçisinin erməni əsilli futbolçusu Henrik Mxitaryan iştirak etməyəcək. Buna səbəb onun Bakıya gəlməməsidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30